Mili Məclisin komitəsi onlayn toplaşacaq

 09:14 08.09.2021     303

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası çərçivəsində ilk iclası keçiriləcək.

Redaktor.az xəbər verir ki, onlayn qaydada keçiriləcək iclasın gündəliyinə iki məsələ daxil edilib. 

Deputatlar Elm və təhsil komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planını və Milli Məclisin 2021-ci il növbədənkənar sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatını müzakirə edəcəklər.