Fərid Qayıbova bu səbəbdən etimad göstərilib - PA-nın şöbə müdiri AÇIQLADI

 10:06 08.09.2021     623

Hər il gənclər və idman sahəsində həyata keçirilən siyasətin bəhrəsini görürük.

Redaktor.az-ın məlumatına görə bunu Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev yeni gənclər və idman naziri Fərid Qayıbovun kollektivə təqdimatı zamanı deyib.

O qeyd edib ki, F.Qayıbov idman ictimaiyyətinə yaxşı tanınan bir şəxdir: "Fərid Qayıbov Avropa Gimastika Federasiyasının Prezidenti seçilib. İdman sahəsində biliyi, təcrübəsi ona dövlət başçısı tərəfindən etimad göstərilməsinin əsasını təşkil edib”.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Fərid Qayıbovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Nazir təyin olunması ilə əlaqədar Fərid Qayıbov Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul olunub.