Tədris kursu 20 min manat CƏRİMƏLƏNDİ

 10:43 08.09.2021     695

Zaqatalada tədris kursu 20 min manat cərimələnib.

Zaqatala Rayon Prokurorluğundan Redaktor.az-a verilən məlumata görə, “Dəniz Tədris Kursları” MMC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Zaqatala rayon prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin 02 sentyabr 2021-ci il tarixli qərarı ilə “Dəniz Tədris Kursları” MMC -yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.