"Bu sualı dünəndən bəri mənə ünvanlayırlar" - Gənclər və idman naziri

 10:50 08.09.2021     826

Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti vəzifəsində fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı məsələyə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, nazir jurnalistlərə bildirib ki, bu sual hamını maraqlandırır: “Bu sualı dünəndən bəri hətta mənə beynəlxalq federasiyalardan da ünvanlayırlar. Biz davam edirik”.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Fərid Qayıbovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.