Polis kütləvi COVID-19 pasportu yoxlaması aparır? - DİN-dən REAKSİYA

Nazirlər Kabinetinin 26 iyul tarixli qərarına əsasən, sentyabrın 1-dən bir sıra məkanlara yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda buraxılırlar.
Sosial mediada polisin vaxtaşırı müxtəlif obyektlərə daxil olduğu, COVID-19 pasportu olmayan vətəndaşları və ya idarə-müəssisələri cərimələdiyi barədə məlumatlar paylaşılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Redaktor.az-a açıqlamasında bildirib ki, bu məlumatlar əsasızdır:
"Kütləvi şəkildə COVID-19 pasportlarının yoxlanılması anlayışı yoxdur. Çünki vaksinasiya könüllüdür və yalnız məhdudlaşdırılan sahələrdə yoxlamalar aparılır. Nazirlər Kabinetinin qərarında açıq şəkildə göstərilib ki, hansı məkanlarda COVID-19 pasportu tələb olunur".
Oral Mədənçi / Reaktor.az