Bakıda piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edildi

 12:02 08.09.2021     600

Daha bir ünvanda piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edilərək qanunsuz parklanma yeri təşkil edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat paylaşıb.

Belə ki, Nizami rayonu Tofiq Abbasov küçəsində "Orbita" MTK müvafiq razlıq olmadan piyada səkisinin bir hissəsində avtomobillər üçün parklanma yeri təşkil edib. Nəticədə piyadaların rahat hərəkəti üçün ciddi maneələr yaranıb, təhlükəsizlik səviyyəsi aşağı düşüb.

Mais Ağayevin sözlərinə görə, məsələ nəzarətə götürülüb və müvafiq hüquqi tədbirlər görülür.

Vumart və Güvən reklamı Vumart Güvən