Bakıda poliklinikaya giriş üçün COVID pasportu tələb edilir - FOTO

 14:36 08.09.2021     347

Bakıda 3 saylı uşaq poliklinikasına COVID-19 pasportu olmadan girişin qadağan olunması ilə əlaqədar elan vurulub.

Redaktor.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə fotolar yayılıb. Poliklinikanın giriş qapısında vurulan elanda içəriyə yalnız COVID-19 pasportu olan şəxslərin daxil ola biləcəyi qeyd olunub. 

Səhiyyə Nazirliyindən məsələ ilə bağlı "qafqazinfo"ya bildirilib ki, artıq sözügedən poliklinikanın rəhbərliyinə bu elanla bağlı xəbərdarlıq edilib. Həmçinin qapıdan asılan bildiriş götürülüb. 

 

Vumart və Güvən reklamı Vumart Güvən