Tibb işçilərinin sertifikasiyasına 18 yeni ixtisas əlavə edildi

 16:24 08.09.2021     376

Azərbaycanda tibb işçilərinin sertifikasiyasında dəyişikliklər edilib.

Redaktor.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib.

Mərkəz rəhbəri qeyd edib ki, Nazirlər Kabineti ixtisasların təsnifatında dəyişiklik edib:

"Bu prosesə 18 yeni ixtisas əlavə olunub. Buna görə qərar verildi ki, ixtisaslar üzrə sertifikasiya imtahanı üçün suallar hazırlansın. Hazırda bununla bağlı iş gedir”.

O bildirib ki, sertifikasiyada sınaq imtahanları tətbiq edilib:

"Şəxs gəlib sınaq imtahanından keçəndən sonra imtahana buraxılır. Bu imtahanda şəxs nədənsə çətinlik çəkirsə, bunun üçün bizdə kurslar təşkil olunur. Həmin kursdan sonra şəxs imtahan verə bilər".