Daha 6 müəssisədə kobud pozuntular aşkarlandı - AQTA

 18:04 08.09.2021     130

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Redaktor.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 7-də ölkə üzrə 412 ictimai iaşə obyektində 694 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai ‎rayonu, M. Hadi küçəsində yerləşən, fiziki şəxs Məmmədov Namiq Elxan oğluna məxsus dönər evi;

2. Bakı şəhəri, Nərimanov rayonu, Y. V. Çəmənzəminli küç., ev 100 ünvanında yerləşən, fiziki şəxs Qubadov Elxan İlham oğluna məxsus “Okean” restoranı;

3. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küç., ev 38a ünvanında yerləşən, fiziki şəxs Aslanov Rafiqə məxsus kafe;

4. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., ev 5 ünvanında yerləşən, fiziki şəxs Alcanov Sənan Maarif oğluna məxsus “Park” kafesi;

5. Bakı şəhəri, Xətai rayonu, Nobel pr.15 ünvanında yerləşən, fiziki şəxs Nana Kıknadzeyə məxsus restoran;

6. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Sülh küçəsi 4C ünvanında yerləşən, fiziki şəxs Xəlilov Elnur Təngiz oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

AQTA daha 6 müəssisədə kobud pozuntular aşkarlayıb - Gallery Image