Rusiyanın dövlət saytı Azərbaycana qarşı səhvi DÜZƏLTDİ

 09:24 09.09.2021     780

Rusiya Federasiyasının dövlət satınalmaları üzrə rəsmi saytında Rusiya sülhməramlılarının təchizatı ilə bağlı elanda Azərbaycan ərazisinin "Dağlıq Qarabağ Respublikası" kimi göstərilməsi ilə bağlı yol verilən səhv aradan qaldırılıb.

Redaktor.az xəbər verir ki, saytda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tenderin elan olunduğu ərazi Rusiya Federasiyası ərazisindən kənarda yerləşən ərazi kimi qeyd olunub.

Həmçinin, "Müqavilənin şərtləri" bölməsində təyinat kimi Azərbaycan Respublikası qeyd olunub. Əvvəl sənəddə mövcud olmayan "Dağlıq Qarabağ Respublikası" qeyd olunmuşdu.