"Vaksindən sonra da koronavirus testi pozitiv çıxa bilər" - TƏBİB rəsmisi

 11:39 09.09.2021     369

“Hər bir insanın vaksindən əvvəl və ya sonra koronavirus testi pozitiv çıxa bilər”.

Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, lakin vaksinin vurulması ilə əlaqədar insanın PCR testinin pozitivləşməsi mümkün deyil: “Vaksinin vurulması nəticəsində qanda anticisimlər əmələ gəlir. PCR testlərlə isə sadəcə yaxmada virusun birbaşa genetik materialı təyin edilir. Anticisimlər genom testinə pozitivlik verə bilməz” (apa).

Vumart və Güvən reklamı Vumart Güvən