Ceyhun Bayramovdan PAYLAŞIM: "Övladlarımızı dərin kədərlə yad edirik”

Xarici işlər naziri Ceyhun Bayramov 9 sentyabr - Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib.
Redaktor.az xəbər verir ki, nazir tvitter səhifəsindəki paylaşımında dayanıqlı gələcəyin təminatı üçün insanların təhsil hüququnun olmasını, eləcə də təhsilə olan hər növ hücumun beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalı olduğuna diqqət çəkib.
“Ermənistanın təxribatı nəticəsində həyatı və təhsili yarımçıq qalan övladlarımızı dərin kədərlə yad edirik” – deyə nazir C.Bayramov əlavə edib.