Bakıda müəllimlərə təlim keçirildi - FOTO

 13:08 09.09.2021     454

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün “Məktəbdə psixoloji işin təşkili” mövzusunda təlimlər keçirilib.

Bu barədə Redaktor.az-a idarədən məlumat verilib.

BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən təşkil olunan təlimlərin əsas məqsədi ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin yaradılmasının rolu barədə məlumatlandırmaq, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlığı artırmağa dair düzgün istiqamət verməkdən  ibarətdir.

Təlimlər zamanı TDM-in Psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova və metodist Əziz Kərimli müvafiq təqdimatla çıxış ediblər. Həmçinin psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı müəllim və valideynlərlə qarşılıqlı əməkdaşlıq etmək, eyni zamanda məktəb psixoloqlarının da iştirakı ilə profilaktik psixoloji tədbirlər keçirmək barədə iştirakçılara tövsiyələr verilib.

Təlimlərdə ailə tipləri, məktəbdə ünsiyyətin özünəməxsusluğu, şagirdlərin psixoemosional vəziyyəti, müəllim-valideyn-şagird münasibətləri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

 

222222