Qarabağdakı sülhməramlılara yeni komandir TƏYİN OLUNDU

Rusiyanın Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinə yeni komandan təyin olunub.
Redaktor.az xəbər verir ki, bu posta general-mayor Mixail Kosobkov təyinat alıb.
Ermənistan mətbuatının yaydığı məlumata görə, Mixail Kosobkov İrəvana səfər edərək bu ölkənin müdafiə naziri Arşak Karapetyanla görüşüb.
Görüşdə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandanı polkovnik Dmitri Ovçarova və Moskvanın İrəvandakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi İqor Şerbakov da iştirak edib.
Qeyd edək ki, Kosobkov Rusiyanın Cənub Hərbi Dairəsinin keçmiş komandir müavini olub, həmçinin Abxaziyadakı Rusiya hərbi bazasına rəhbərlik edib.
Xatırladaq ki, Rusiya sülhməramlılarının əvvəlki komandanı general-leytenant Rüstəm Muradovun səlahiyyət müddəti başa çatıb.