Vilayət Eyvazov rəis müavininin yerini dəyişdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Redaktor.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Samur Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Cavid Məmmədov vəzifəsində azad olunub.
Nazirin digər əmri ilə o, Cəlilabad RPŞ-nin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib (oxu.az).