TƏBİB açıqlama yaydı - Vaksindən sonra yoluxanlar...

 18:22 09.09.2021     209

TƏBİB 1-ci doza vaksin vurdurduqdan sonra COVID-19-a yoluxanların vaksinasiya məsələsinə aydınlıq gətirib.

Redaktor.az xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış bildirib ki, 1-ci dozanı vurdurduqdan sonra "COVID-19"-a yoluxan və portala qeydiyyata düşən şəxsdə immunitet sertifikatı formalaşır.

O qeyd edib ki, 6 aydan sonra bir doza vaksin vurdurub immunitet sertifikatının vaxtı uzadıla bilər: "Lakin iki dozalıq vaksin əldə edə bilmirlər, çünki xəstəlikdən öncə vurulan vaksin 56 günü keçdiyi üçün yetərli deyil. 6 aydan sonra ya təkrar 2 doza vurdurub vaksin sertifikatı alınmalı və ya 1 doza vurdurub immun sertfikatının vaxtı uzadılmalıdır”. //APA