Bu gün peyvənd olunanların sayı açıqlandı - FOTO

 20:17 09.09.2021     153

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59268 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24270, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34998 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7430450, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4442484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2987966 təşkil edir.