Metroda qatarda problem yarandı - Sərnişinlər boşaldıldı

 09:44 10.09.2021     326

Bakı metrosunda qatarın hərəkətində nasazlıq yaranıb.

Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a açıqlamasında bildirib ki, "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar nasazlıq ehtimalı ilə "Ulduz" stansiyasında, təlumat tələbinə uyğun olaraq, sərnişinləri düşürdülüb:

"Qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar verilib. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə arası yubanma olub".