Üç minə yaxın qazi təklif olunan işdən İMTİNA ETDİ

 12:53 10.09.2021     415

“2 856 nəfər şəhid ailəsi üzvləri ilə görüş keçirilib. Onlardan 2315 nəfəri bu ya digər aktiv məşğulluq növü ilə işlə təmin olunub. 541 nəfəri isə bu xidmətlərdən imtina edib”.

Redaktor.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədr müavini Cəmaləddin Quliyev deyib.

Sədr müavini bildirib ki, 11 367 qazidən 9 228-i ilə görüşülüb: “4 785 nəfəri işlə təmin edilib, 2 960 imtina olub. 1393 işaxtaran olduğuna görə onlarla iş aparmaq mümkün olmayıb. Bundan sonra da qazilər və şəhid ailəsi üzvlərinin işlə təmin olunması prosesi davam edəcək”.