Yaqub Zurufçunun vəziyyəti açıqlandı - Süni tənəffüs aparatına qoşulub

"Koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır qiymətləndirilir".
Bu barədə Redaktor.az-a "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.
O qeyd edib ki, sənətçi qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir: "Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır".