Tağı Əhmədov sədrlikdən çıxarıldı - YAP-dan QƏRAR

 15:59 10.09.2021     2683

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Yasamal rayon təşkilatının sədrliyinə Nəbiyev Bəxtiyar Eyvaz oğlu təyin olunub.

Tağı Əhmədov YAP Veteranlar Şurasına üzv seçilib.

Bundan başqa, Hacıbala Abutalıbov, Şəmsəddin Xanbabayev də Veteranlar Şurasına üzv qəbul ediliblər.

T.İSMAYIL

 

Vumart və Güvən reklamı Vumart Güvən