Koronavirusdan ölənlərin sayı 6 mini keçdi - SON STATİSTİKA

 18:14 10.09.2021     611

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2508 yeni yoluxma faktı qeydə alınıb, 4076 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 455 044 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 401 300 nəfər müalicə olunaraq sağalıb, 6 031 nəfər vəfat edib, aktiv xəstə sayı 47 713 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 672, ötən müddət ərzində isə ümumilikdə 4 623 245 test aparılıb.