Məhkumlarla görüşə gedənlərin - Diqqətinə!

Məhkumlarla qısamüddətli görüşlər qanunvericiliyin tələblərinə uyğun olaraq şüşə arxasından - kontaktsız şəkildə verilir.
Redaktor.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən Report-un sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, bütün məhkumlar koronavirus əleyhinə peyvənd olunduqları üçün onlarla uzunmüddətli görüşlər zamanı görüşə gələn şəxslərin də vaksinasiya olunması barədə pasport tələb olunur.