Azərbaycan Qafan-Gorus yolunda post qurdu - Ermənilər yoxlanılır və...

 21:54 10.09.2021     2248

Qafan-Gorus yolunun Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycan polis postu qurulub.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı-jurnalist Elçin Alıoğlu paylaşıb.

Qeyd edək ki, bir neçə gün öncə də erməni sosial şəbəkə istifadəçiləri Qafan-Gorus yolunda Azərbaycan polisinin post qurduğunu və maşınları yoxladığını bildirmişdi. Azərbaycan ərazisindən keçən xüsusilə yük maşınlarının yoxlanıldığı, İrandan hərbi təyinatlı məhsulların daşınıb-daşınmamasının nəzarət altına alındığı da qeyd olunmuşdu. //Axar.az