Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan ediləcək

 23:29 10.09.2021     184

“Biz bu ilin yanvarında Prezidentlə olan görüşümüzdə razılığa gəldik ki, 2022-2023-cü illərdə Şuşanı Türk dünyasının mədəniyyət paytaxtı elan edək”.

Redaktor.az xəbər verir ki, bunu REAL-a müsahibəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev deyib.

O bildirib ki, Şuşa bütün Türk dünyası üçün əsas şəhər olacaq:

“Biz hazırda bu istiqamətdə böyük proqram hazırlayırıq. Böyük tədbirlər keçirəcəyik. Buraya mədəni tədbirlər, o cümlədən, mədəni xarakterli konfranslar daxil olacaq.

Amma ən əsası, Şuşada dağıdılmış mədəni obyektlərin müştərək səylərimizlə bərpasına hazırlaşırıq. Bu prosesdə Türk Şurasının himayəsi altında olan bütün üzv ölkələr iştirak edəcək”.