Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edildi

 10:45 11.09.2021     368

Koronavirusa yoluxan və vəziyyəti ağır olan Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib.

Redaktor.az xəbər verir ki, bunu sənətçinin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, xarici və yerli həkimlər ötən gecə Y.Zurufçunun durumunu birlikdə izləyiblər: “Həkimlər 2-3 saat Yaqubun başının üstündə olublar, konsilum edib və vəziyyətini dəyərləndiriblər. Bunun nəticəsi olaraq müalicə və terapiya ilə bağlı qərarlar veriləcək. Nəticə barədə bu gün məlumat alacağıq”.

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər (report).