Vaqif Əsədov Bakıdakı qəzalardan danışdı

 11:08 11.09.2021     241

Bu ilin 8 ayında Bakıda baş verən yol qəzaları nəticəsində 80 nəfər ölüb, 107 nəfər xəsarət alıb

Redaktor.az xəbər verir ki, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyi və ictimai qurumlarla iş şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, yol qəzalarının 56,4 faizi piyadaların vurulması ilə nəticələnib.

Qeyd edək ki, respublika ərazisində bu ilin 6 ayı ərzində ölüm və xəsarətlə nəticələnən​ 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzalarda 290​ nəfər həlak olub,​ 698​ nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.​ Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin​ sayı 4 (-0,5%) fakt,​ ölənlərin​ sayı 35 (-10,8%) nəfər, yaralananların​ sayı isə 3​ (-0,4%)​ nəfər azalıb​.