Əməkdar artist doğum günündə anasını itirdi

 11:56 11.09.2021     400

Əməkdar artist Elnur Kərimova ağır itki üz verib.

Redaktor.az xəbər verir ki, aktyor-aparıcının anası Solmaz xanım bu gün vəfat edib.

Bu barədə E. Kərimovun həmkarları sosial şəbəkədə məlumat verib, ona başsağlığı diləyiblər.

Aktyor isə sosial şəbəkədə anasının fotosunu paylaşaraq “Anamın hədiyyəsi ömürlük oldu” şərhini yazıb.

Qeyd edək ki, Elnur Kərimovun bu gün 39 yaşı tamam olur.