Metronun qarşısında Hacı Zeynalabdin Tağıyevin heykəli quraşdırıldı
Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli quraşdırılıb.
Redaktor.az xəbər verir ki, heykəl paytaxtın Səbail rayonu ərazisində "İçəri şəhər" metro stansiyasının qarşısında qoyulub. Hazırda heykəlin ətrafı abadlaşdırılır. Yaxın günlərdə heykəlin açılışı gözlənilir.
Heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədovdur.













