Azərbaycanda üç oğlan 16 yaşlı qızı qaçırdı

 12:11 11.09.2021     119

İmişli rayonunda adam oğurlanması hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, rayonda 20 yaşlı S. Qurbanov, 31 yaşlı Z. Ağayev və 30 yaşlı B. Ağayev rayon sakini 16 yaşlı T. M.-i yaşadığı evdən zorla oğurlayaraq aparıblar.

İlkin məlumata görə, yeniyetməni qaçıranlardan birinin onunla ailə qurmaq məqsədi olub.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmə tapılaraq ailəsinə qaytarılıb. Onu qaçıran şəxslər isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır (oxu.az).