Koronavirusa yoluxan Yaqub Zurufçu ilə bağlı SON MƏLUMAT

 13:20 11.09.2021     396

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır qiymətləndirilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov məlumat verib. 

O bildirib ki, Y. Zurufçu qeyri-invaziv süni tənəffüs aparatı dəstəyindədir:

“Saturasiyası 95-96, qızdırması yoxdur. Vəziyyətinə uyğun intensiv terapiya davam edir. Vəziyyəti ağır stabil olaraq qalır”. //Oxu.az