Nazir müavinləri Ağdama getdi - FOTO

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin müavinlərinin Ağdama səfəri davam edir.
Redaktor.az xəbər verir ki, səfər iştirakçıları ilk olaraq, Pənahəli xanın İmarət kompleksini ziyarət edib. Qonaqları Azərb. Respub. Prezidentinin İşğaldan azad olmuş Ağdam rayon üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb
Nümayəndə heyəti erməni vanddalığına məruz qalmış imarət kompleksi, xanlıqların dağıdılmış türbələri və məzarlarına baxış keçirib, bu abidələr haqqında onlara ətraflı məlumat verilib.
//Trend