Ramin Bayramlı vəzifəsindən azad olunub? - SON DƏQİQƏ

 23:26 11.09.2021     983

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının tutduğu vəzifədən azad edildiyi bildirilir.

Redaktor.az xəbər verir ki, "Bakupost.az"-a bu barədə məlumatlı mənbədən məlumat verilib.

Hələlik rəsmi açıqlama və səbəbləri barədə informasiya verilməyib, yaxın saatlarda olacağı gözlənilir.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış xəbəri nə təkzib, nə də ki, təsdiq edib. “Dəqiqləşdirib deyərəm” kəlməsi ilə kifayətlənib.

Qeyd edək ki, son zamanlar TƏBİB-lə bağlı ciddi iradlar səsləndirilir.

Vumart və Güvən reklamı Vumart Güvən