TƏBİB sədir Ramin Bayramlı İSTEFA VERDİ - "Ərizə yazmışam..."

"Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm".
Redaktor.az-ın məlumatına görə, bu barədə Ramin Bayramlı Tvitter hesabında yazıb.
O bildirib ki, istər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirirəm, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm:
“Bundan sonra da Vətənimə və xalqıma xidmətini davam etdirəcəyəm”.