COVID-19 pasportuna görə obyekt sahibləri cərimələndi

 11:54 12.09.2021     413

Zaqatalada karantin rejimi ilə əlaqədar monitorinqlər keçirilib.

DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, monitorinq zamanı şəhər ərazisində yerləşən “Körpü” kafesində gələn müştərilərə xidmət edən işçilərin bir neçəsinin, eləcə də Əliabad qəsəbəsindəki kafelərin birində müştərilərin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar həmin obyekt sahibləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.