Ailəsi Yaqub Zurufçunun son vəziyyətini açıqladı

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır".
Redaktor.az xəbər verir ki, bunu Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib.
O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:
"Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfindən mütəmadi nəzarət olunur" (apa).