Türkiyəli tanınmış yazarlar Gəncəyə səfər ediblər - FOTO

 13:33 12.09.2021     257

Türkiyənin tanınmış yazarı Coşkun Karabulutun rəhbərliyi ilə qardaş ölkənin müxtəlif şəhərlərindən bir qrup yazıçı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanmış olduğu qələbə sevincini paylaşmaq və ölkəmizdəki qələm dostlarını təbrik etmək üçün "Könül yolçuluğu" platforması altında ölkəmizə səfərə gəlirlər.

Redaktor.az-ın məlumatına görə qonaqlar, dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

Məqbərədə yazarlara şairin həyat və yaradıcılığı haqqında məlumat verilib. Daha sonra qonalar Gəncədə Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində dağılan əraziləri ziyarət ediblər. //APA