Azərbaycanda yoluxma yenidən artdı - 38 nəfər vəfat etdi

 15:26 12.09.2021     1719

Azərbaycanda son sutkada koronavirusa 2 676 yeni yoluxma faktı qeydə alınıb, 3 893 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 460 092 nəfərin koronavirusa yoluxması müəyyən olunub, 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 44 585 nəfərdir.

Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 536, ötən müddət ərzində isə ümumilikdə 4 652 996 test aparılıb.

Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda koronavirus infeksiyasına 2372 yeni yoluxma faktı qeydə alınıb, 4211 nəfər müalicə olunaraq sağalıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.