Sabirabadda yol qəzası - xəsarət alan var

 08:31 13.09.2021     345

Sabirabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki,, hadisə Qaratəpə kəndidə qeydə alınıb. Belə ki, “Ford” markalı avtomobilin “Kia” markalı avtomobillə toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Vəliyev Habil Əkbər oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (report).