"Heç bir əks-göstərişi olmayan hər kəs peyvənd olunmalıdır" - Emin Əmrullayev

 09:07 13.09.2021     293

Azərbaycanda təhsil işçilərinin 80 faizindən çoxu peyvənd olunub.

Redaktor.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev “Real TV”də yayımlanan “Mir Şahinin vaxtı” verilişinə müsahibəsində bildirib.

Nazir deyib ki, yeni tədris ilinin şərtləndirən əsas amillərdən biri tədris işçilərinin vaksinasiya məsələsi idi:

“Artıq təhsil işçilərimizin 80 faizindən çoxu vaksin vurdurub. Bu, 170 mindən artıq insan edir. Nə qədər çox vətəndaşımız peyvənd olunarsa, bir o qədər tez pandemiyadan çıxmış olarıq. Həm təhsilimiz, həm həyatımız ənənəviyə qayıdar, rahatlaşar. Bu proses ictimai məsuliyyət tələb edir”.

Onun sözlərinə görə, peyvənd vurdurmayıb prosesi ləngitmək doğru deyil. E.Əmrullayev bildirib ki, heç bir əks-göstərişi olmayan hər kəs peyvənd olunmalıdır.