TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi TƏKLİF EDİLDİ

 14:48 13.09.2021     1822

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının istefasından sonra bu qurumun fəaliyyəti ilə bağlı müzakirələr gedir. Bir çoxları hesab edir ki, Səhiyyə Nazirliyi olduğu halda, TƏBİB-in fəaliyyətinə ehtiyac yoxdur.

Tibbi ekspert, professor Adil Qeybulla Redaktor.az-a açıqlamasında bildirib ki, ilk gündən TƏBİB-in yaradılmasının əleyhinə olub. Buna səbəb isə TƏBİB-in icraedici qurum kimi gərəksiz olmasıdır:

"Səhiyyə Nazirliyi ilə TƏBİB eyni funksiyanı yerinə yetirir. Nəticədə iki icraedici qurum arasında səlahiyyət davası otaya çıxdı. Bu, pandemiya ilə mübarizəyə olduqca böyük zərbə vurdu. Yaxşı olardı ki, TƏBİB-in bundan sonrakı fəaliyyəti Səhiyyə Nazirliyinin tərkibində davam etdirilsin. Yəni vahid bir qurum olsun. Lakin Səhiyyə Nazirliyinin özündə də islahatlara ehtiyac var. Səhiyyə Nazirliyi Azərbaycan dövlətinin səhiyyə sahəsində siyasətini həyata keçirən bir qurum olmalıdır".

Oral Mədənçi / Redaktor.az