ADU-nun əməkdaşı koronavirusdan öldü - FOTO

 13:04 13.09.2021     268

Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşı vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə universitet paylaşım edib.

Qeyd olunub ki, universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı İlham Abbasov böyrək çatışmazlığından əziyyət çəkib. COVID-19-a yoluxan İ.Abbasov dünyasını dəyişib. O, 1999-cu ildən ADU-nun əməkdaşı olub.

ADU-nun rektoru, akademik Kamal Abdulla və kollektiv İlham Abbasovun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Allah rəhmət eləsin!