Peyvənd olunanların sayı açıqlandı

 15:49 13.09.2021     460

Azərbaycanda son sutkada koronavirus əleyhinə 1 266 vaksin vurulub.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 077, ikinci mərhələ üzrə 189 nəfərdir.

Vaksinlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə isə 3 103 091 nəfər təşkil edir.