Milli Məclis xüsusi təyinatlılarla bağlı qanunu müzakirəyə çıxarır

 16:00 13.09.2021     341

Milli Məclisdə “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanunun layihəsi müzakirəyə çıxarılır.

Redaktor.az xəbər verir ki, bununla bağlı sənəd parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sentyabrın 16-da keçiriləcək iclasında müzakirə ediləcək.

Toplantıda həmçinin Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər barədə hesabatı və komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunacaq.

Qeyd edək ki, “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun qüvvədəolma müddəti 1 (bir) il etibarlıdır.