Şəhid jurnalistlərin xatirəsinə müsabiqə elan olundu

 17:47 13.09.2021     334

MediaTürk TV şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə türkdilli dövlətlərin jurnalistləri arasında “Qırmızı Mürəkkəb”  TV jurnalistika müsabiqəsi elan edib.

Redaktor.az müsabiqənin şərtlərini təqdim edir: 

MÜSABİQƏNİN ŞƏRTLƏRİ:

  •  Müsabiqə iki nominasiyada - ən yaxşı telereportaj və ən yaxşı sənədli televiziya filmi nominasiyalarında keçirilir 
  •  Süjet və sənədli televiziya filmlərinin məzmunu işğal, müharibə, münaqişə və təbii fəlakətlərin acı nəticələri, onların meydana çıxardığı insan faciələrini əhatə etməlidir. 
  •  Müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan televiziya və online TV jurnalistləri iştirak edə bilər. 

MÜSABIQƏYƏ MÜRACIƏT FORMASI:

Süjet və sənədli filmlər  MP4 (H264 – 1920 x 1080) formatında wetransfer.com vasitəsilə  [email protected] ünvanına göndərilir.

İştirakçılar 2021-ci il yanvarın 1-dən 2021-ci il oktyabrın 30- na  qədər yayımlanmış  süjet və  sənədli filmlərini müsabiqəyə təqdim edə bilərlər. Sənəd qəbulu oktyabrın 30-də başa çatacaq.

MÜSABIQƏDƏ İŞTİRAK ÜÇÜN ELEKTRON MƏKTUB

Məktubda aşağıdakı məlumatlar yer alır:

  • Adı, Soyad, Ata adı
  • Çalışdığı media orqanı
  • Müraciət etdiyi nominasiya
  • İş ünvanı
  • İş telefonu
  • Mobil telefon (WhatsApp və ya Telegram olan)
  • E-mail ünvanı:
  • İştirakçılar haqqında məlumatlar [email protected]  ünvanına göndərilir

MÜSABİQƏNIN  MÜKAFAT FONDU  

Müsabiqədə hər nominasiya üçün 3 yer və 3 mükafat nəzərdə tutulub:

I Yer – 2 min 

II Yer – min 

III Yer – 700

MÜSABİQƏ İLƏ BAĞLI ƏLAQƏ: 

TELEFON:  (+ 994 12 497 87 42); (+ 994 50) 999 66 56

 E-mail: [email protected]

 Müsabiqənin qalibləri 8 Noyabr – Zəfər Günü elan olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən