Hadrutda daha iki erməni hərbçisinin qalıqları tapıldı

Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Redaktor.az xəbər verir ki, hərbi qulluqçuların meyitlərinin qalıqları Hadrut istiqamətində aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1665-ə çatıb. //Report