Fuad Muradov saxlanılıb - DİN-dən RƏSMİ AÇIQLAMA

 18:50 13.09.2021     290

"Qazaxlı Alik”in oğlu Fuad Muradov polis tərəfindən saxlanılıb. 

Redaktor.az xəbər verir ki, bu barədə hüquqşünas Aslan İsmayılov özünün “Facebook” hesabında məlumat paylaşıb:

“Bu gün ərizə ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edildim və sübutlarımı təqdim etdim. Ərizə üzrə araşdırma davam edir. Fuad Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir”. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. 

Bildirilib ki, hüquqşünas Aslan İsmayılovun müraciəti əsasında Furad Muradov polisə dəvət olunub: “Onun izahatı alınıb və sərbəst buraxılıb. Hazırda həmin müraciət əsasında araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, özünü “fədai” kimi təqdim edən F.Muradov “Qazaxlı Alik” kimi tanınan Alik Muradovun oğludur. //Lent.az