Bu lövhə erməniləri təşvişə saldı - FOTO

 09:28 14.09.2021     330

Zəngəzur vilayətində Gorus-Qafan avtomobil yolunda yeni lövhə quraşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı erməni KİV orqanı yayıb.

Bildirilir ki, üzərində “Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” yazılan lövhə Şurnux yaşayış məntəqəsi ərazisində quraşdırılıb.

Qeyd edək ki, bir neçə gündür ki, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşları Gorus-Qafan yolu üzərində qurulan postda İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət edir. Bu isə bir neçə gündür ermənilər arasında təşvişə səbəb olub.