Səyyad Əlizadənin xanımı da koronavirusa yoluxdu

 10:42 14.09.2021     198

Zığda yerləşən modul tipli xəstəxanada koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadə süni tənəffüs aparatına qoşulub.

Redaktor.az xəbər verir ki, bu barədə “Bəyaz gecələr” prodakşından bildirilib.

Məlumata görə, ifaçının vəziyyəti orta ağırdır.

S. Əlizadənin həyat yoldaşı da koronavirusa yoluxub və hazırda həmin xəstəxanada müalicə olunur. Onun vəziyyəti yaxşıdır (qafqazinfo).