DİN-dən Gorus-Qafan yolundakı polis postu ilə bağlı AÇIQLAMA - (Özəl)

Xəbər verdiyimiz kimi, bir neçə gündür Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində Daxili İşlər Nazirliyi (DİN) tərəfindən polis postu qoyulub.
Bəs ermənilərin təşvişinə səbəb olan polis postunda asayiş keşikçilərimz nəyə nəzarət edirlər?
Məsələ ilə bağlı DİN-dən Redaktor.az-a bildirilib ki, sözügedən post Qubadlı rayonunun inzibati ərazisindədir:
"İşğaldan azad edilmiş Qubadlı rayonunun inzibati ərazisində də daxili işlər orqanlarının əməkdaşları xidməti vəzifələrini yerinə yetirirlər. Xidmətin daha səmərəli təşkili üçün müvafiq yerlərdə polis postları təyin olunur", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Azərbaycan 25 avqustda yolun Şırnıx (Şurnux)-Dərbənd (Karmakar), 26-da isə Gorus-Urud (Vorotan) hissəsini bağlamışdı. Bunun səbəbi kimi iki erməni əsgərin gözlənilmədən Azərbaycan əsgərinə hücumu və onu yaralaması göstərilmişdi.
Oral Mədənçi / Redaktor.az